Türkiyə ilə Gürcüstan arasında gömrük-keçid məntəqəsinin açılması nəzərdə tutulur
Ankara, 27 may, AZƏRTAC
Türkiyənin Ardahan rayonundan Gürcüstana açılan gömrük-keçid məntəqələri ilə iyunun 1-dən etibarən gediş-gəlişin bərpası gözlənilir.
AZƏRTAC xəbər verir ki, yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində təxminən bir ildir bağlı olan Türkgözü və Çıldır gömrük-keçid məntəqələri də fəaliyyətə başlayacaq.
Ardahan Ticarət və Sənaye Palatasının (ATSO) başçısı Çetin Demirci qərarın Gürcüstan hökuməti tərəfindən verildiyini bildirərək deyib: “Bu, sərhəd qapılarında hərəkətlilik üçün əhəmiyyətli addım oldu. Ardahanın Posof qəsəbəsindəki Türkgözü və Çıldır qəsəbəsindəki Çıldır gömrük-keçid məntəqələri iyunun 1-dən etibarən vətəndaşların xidmətinə açılacaq”.
Çetin Demirci bildirib ki, qarşılıqlı gediş-gəliş mənfi PCR testi ilə COVID-19 əleyhinə peyvənd arayışının təqdim olunması əsasında gerçəkləşəcək. Bundan başqa, hər iki sərhədi keçən vətəndaşlar olduqları ölkədə səfərin üçüncü günü yenə də koronavirus testi verməlidirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]