Türkiyə ilə Suriya arasında müdafiə sahəsində əməkdaşlıq razılaşdırılıb VİDEO
Ankara, 13 avqust, AZƏRTAC
Türkiyə və Suriya müdafiə sektorunda təlim və məsləhətləşmələr sahəsində əməkdaşlıq haqqında razılıq əldə ediblər.
Türkiyənin Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müvafiq Anlaşma Memorandumu çərşənbə günü, avqustun 13-də Ankarada Türkiyənin müdafiə naziri Yaşar Gülerin və Suriyanın müdafiə naziri Murhaf Əbu Kasranın iştirak etdiyi mərasimdə imzalanıb.
Suriya Müdafiə Nazirliyinin rəhbəri xarici işlər naziri Əsəd Həsən əl-Şibani və Baş Kəşfiyyat İdarəsinin rəisi Hüseyn əl-Selemin də daxil olduğu rəsmi nümayəndə heyətinin tərkibində Ankaradadır.
Görüş iştirakçıları ikitərəfli əlaqələri, həmçinin regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara