Türkiyə KİV-ləri Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindən bəhs edir
İstanbul, 8 iyul (AZƏRTAC). Türkiyə kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin iştirakı ilə iyulun 7-də keçirilmiş Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi haqqında informasiyalar yaymışdır.
Anadolu Agentliyi, TRT kanalı və digər nüfuzlu KİV-lər tərəfindən yayılmış informasiyalarda bildirilir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edərək diplomatik nümayəndəliklərin rəhbərlərinə Azərbaycan xarici siyasətinin gələcək fəaliyyət istiqamətləri ilə bağlı tapşırıqlar vermişdir.
Bildirilir ki, Azərbaycanın xarici siyasəti ilə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi olduğunu söyləyən Prezident bu istiqamətdə heç bir nəticənin olmamasının başlıca səbəbi kimi Ermənistanın qeyri-konstruktiv mövqeyini və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdlərini göstərmişdir.
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı, fəaliyyət istiqamətləri və qarşıda duran əsas hədəflərdən bəhs olunan informasiyalarda qeyd edilir ki, Prezident İlham Əliyev müşavirədə Dağlıq Qarabağ münaqişəsi, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasının ölkə diplomatiyasının əsas vəzifələrindən biri olduğunu vurğulamışdır.
İnformasiyalarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:
http://www.aa.com.tr/tr/haberler/355345--savas-ihtimalini-goz-ardi-etmiyoruz
http://www.trthaber.com/haber/dunya/savas-ihtimalini-goz-ardi-etmiyoruz-134956.html
http://www.telehaber.com/haberler/haber-6235981/
http://www.ajans34.com/guncel/quot-savas-ihtimalini-goz-ardi-etmiyoruz-quot-h98738.html.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]