TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL ERMƏNİSTANLI HƏMKARI İLƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ MÜZAKİRƏ EDƏCƏYİNİ BİLDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 6-da Türkiyə Prezidenti Abdullah Gül futbol üzrə növbəti dünya çempionatının seçmə mərhələsi çərçivəsində Yerevanda keçiriləcək Ermənistan-Türkiyə görüşünü izləmək üçün Ermənistan paytaxtına yola düşmüşdür.
Ankaranın Esenboğa hava limanında mətbuat üçün qısa bəyanat verən dövlət başçısı ermənistanlı həmkarı Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini, Türkiyənin irəli sürdüyü Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasını müzakirə edəcəyini bildirmişdir. Abdullah Gül demişdir ki, Cənubi Qafqazda uzun illər həllini tapmayan münaqişələr bölgədə və bütün dünyada sülhə və sabitliyə ciddi təhlükə törədir. Bir ay öncə biz hamımız bunun şahidi olduq.
Abdullah Gül rəsmi Ankaranın irəli sürdüyü Qafqaz Paktının üç Cənubi Qafqaz ölkəsini, habelə Rusiya və Türkiyəni əhatə edəcəyini bir daha təkrarlamışdır.
Türkiyə Prezidenti jurnalistlərin çoxsaylı suallarını cavablandırmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]