Türkiyə Prezidenti Əlcəzairə səfər edəcək
İstanbul, 20 noyabr, AZƏRTAC
Noyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfər edəcək. Səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutacaq.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində ikitərəfli və regional məsələlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunacağı gözlənilir.
Əlcəzair ilə Türkiyə arasındakı əlaqələr son illər bütün sahələr üzrə əhəmiyyətli dərəcədə irəliləyib. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün 2006-cı ildə “Dostluq və Əməkdaşlıq Sazişi” imzalanıb.
Türkiyədən Əlcəzairə dövlət başçısı səviyyəsində sonuncu səfər 2020-ci ilin yanvarında Prezident Ərdoğan tərəfindən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]