Türkiyə prezidenti seçkilərinin ikinci turunun səsverməsi Azərbaycanda başa çatıb
Bakı, 22 may, AZƏRTAC
Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarında prezident seçkilərinin ikinci turu üçün 3 gün davam edən səsvermə prosesi saat 22:00-da başa çatdıqdan sonra qutular bağlanıb.
AZƏRTAC Türkiyə KİV-ə istinadla xəbər verir ki, müvafiq seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiyalarının üzvlərinin və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib.
Səsvermə torbaları da diplomatik çantalara qoyularaq səfirlikdə saxlanılıb. Çantalar diplomatik kuryer vasitəsilə Türkiyəyə aparılacaq. Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs verib.
Azərbaycanda 11 043 nəfər, Bakı səfirliyində 7 417, Gəncə konsulluğunda 2 277, Naxçıvan konsulluğunda isə 1 349 seçici qeydiyyatdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]