Türkiyə Prezidenti zəlzələ bölgəsinə gedib
Bakı, 11 fevral, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə gedib.
AZƏRTAC xəbər verir ki, Prezident bu gün Esenboğa hava limanından Diyarbakıra yola düşüb. Onun, həmçinin Şanlıurfaya da gedəcəyi gözlənilir.
Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Kahramanmaraş şəhər mərkəzində və Pazarcık rayonunda, Hatayda Adanada olub. Növbəti gün Qaziantep, Kilis və Osmaniye vilayətlərinə səfər edən dövlət başçısı dünən Adıyaman və Malatyaya gedərək zəlzələ bölgəsində aparılan işlərlə maraqlanıb, çadır şəhərciklərində sakinlərlə görüşüb, mövcud problemlərin həllinə dair müvafiq qurumlara tapşırıqlar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]