Türkiyə qırıcıları İraqın şimalındakı 81 PKK hədəfini dağıdıb
Ankara, 15 iyun, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pençe-Kartal” şərti adı altında geniş antiterror əməliyyatı keçirib. PKK terror təşkilatının Sincar, Karacak, Kandil, Zap, Avaşin Basyan, Gara və Hakurk bölgələrindəki 81 hədəfi bir-bir vurularaq darmadağın edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazir Hulusi Akar ordu generalları ilə birlikdə əməliyyat qərargahından prosesin icrasına nəzarət edib. Hərbi Hava Qüvvələrinin qırıcıları ilə bərabər hərbi təyinatlı pilotsuz aparatlar da əməliyyata cəlb olunub.
Əməliyyatın uğurlu keçdiyini bildirən nazir Hulusi Akar prosesdə iştirak edən pilotları təbrik edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]