Türkiyə Superliqası: "Qalatasaray" liderliyini möhkəmlədib
Bakı, 4 yanvar, AZƏRTAC
Türkiyə Superliqasının 18-ci turunda növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, günün mərkəzi qarşılaşmasında "Qalatasaray" və "Göztepe" komandaları üz-üzə gəlib. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 10-cu dəqiqədə Viktor Osimhen, 61-ci dəqiqədə isə Yunus Akgün vurublar. Qonaqlarda isə 27-ci dəqiqədə Romulo fərqlənib. Bu nəticə ilə lider "Qalatasaray" xalını 47-yə yüksəldib, "Göztəpə" isə 28 xalla 5-ci pillədə qalıb.
Günün digər matçlarında isə "Başakşəhər" "Adana Demirspor"a 1:0, "Eyüpspor" "Antalyaspor"a 4:1, "Samsunspor" isə "Trabzonspor"a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 18-ci tura yanvarın 5-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]