Türkiyə tərəfi ABŞ Dövlət Departamentinə etiraz edib
Ankara, 7 sentyabr, AZƏRTAC
ABŞ Dövlət Departamentinin Türkiyəyə səfər etməməklə bağlı öz vətəndaşlarına müraciəti rəsmi Ankaranın etirazına səbəb olub.
AZƏRTAC Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, yazılı açıqlamada Türkiyənin bütün şəhərlərinin ölkə vətəndaşları və xarici qonaqlar üçün rahat və təhlükəsiz olduğu vurğulanır. Bildirilir ki, Türkiyə hökuməti terrorizmlə mübarizəni sonadək davam etdirməkdə qətiyyətlidir. Bu mübarizəyə başqa qərəzli don geyindirmək ölkənin təhlükəsizliyinə qarşı təhdiddir. Qeyd olunur ki, ABŞ rəsmilərinin sözügedən açıqlaması məntiqdən uzaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]