TÜRKİYƏ TURİZM MÜTƏXƏSSİSLƏRİ HAZIRLANMASINDA AZƏRBAYCANA KÖMƏK EDİR
Gənclər, İdman və Turizm Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iyunun 27-də başa çatacaq kurslarda türkiyəli mütəxəssislər mehmanxana xidməti, ictimai iaşə, turizm agentliklərinin işi haqqında mühazirələr oxuyacaqlar. Kursların sonunda müxtəlif turizm agentliklərini, Bakı mehmanxanalarını və Azərbaycanın digər regionlarını təmsil edən dinləyicilərə sertifikatlar verilicəkdir.
Kursların açılış mərasimində nazirliyin,Türkiyənin Azərbaycandakı səfirliyinin rəhbər işçiləri, Balıkesir Universitetinin rektoru Necdet Hacıoğlu iştirak etmişlər.