Türkiyə və İran arasında aviareyslərin avqustun 1-dən bərpası nəzərdə tutulur
Ankara, 15 iyun, AZƏRTAC
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə nazir Məhəmməd Cavad Zərif arasında görüş keçirilib. Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. İkitərəfli münasibətlər və regional proseslərə dair mövqelərini açıqlayan nazirlər jurnalistlərin suallarını cavablandırıblar.
Nazir Mövlud Çavuşoğlu bildirib ki, yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən iki ölkə arasında dayandırılan aviareyslər avqustun 1-dən bərpa oluna bilər.
Nazir Məhəmməd Cavad Zərif COVID-19 epidemiyası ilə mübarizədə İran xalqına göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını ifadə edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]