Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu zərərsizləşdirilib
Ankara, 14 iyun, AZƏRTAC
Türkiyənin Diyarbəkir və Faraşin bölgələrində həyata keçirilən antiterror əməliyyatlarında zərərsizləşdirilən üç terrorçudan birinin axtarışda olduğu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda axtarışına böyük məbləğdə pul mükafatı elan olunan Ekrem İptaşın aviasiya dəstəyi ilə keçirilən əməliyyatda məhv edildiyi bildirilib. Qeyd olunub ki, Siirt, Eruh, Ciraf bölgələrində də uğurlu əməliyyat keçirilib. Burada zərərsizləşdirilən terrorçuların sayı dördə çatıb.
Nazirliyin digər məlumatında isə bildirilib ki, PKK/KCK terror təşkilatlarına qarşı iyunun 14-də Adanada keçirilən antiterror əməliyyatında yeddi nəfər şübhəli şəxs qismində yaxalanıb. Terrorçu dəstədən silah-sursat götürülüb. Digər üç şübhəlinin axtarışı davam edir.
Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatının keçirildiyi bölgəyə daxil olmaq istəyən 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]