Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edilib
Ankara, 31 dekabr, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyasının məhdudiyyətləri ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi mümkün olmasa da, Türkiyədə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü zəfər proqramı ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) qardaş türkdilli ölkənin tanınmış sənətçilərinin iştirakı ilə reallaşan proqramda Azərbaycan musiqisi səsləndirilib.
Konsertdən sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ifaçılara xatirə plaketləri təqdim edib.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərindən ilham alan sənətçilər konserti öz təşəbbüsləri ilə təşkil ediblər. Konsertdə həm ölkəmizdə, həm də Türkiyədə sevilən xalq mahnılarımız və korifey bəstəkarlarımızın unudulmaz əsərləri ifa olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [20:44]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [18:49]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [17:53]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:09]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [16:31]