Türkiyədə elektromobillərin şarj stansiyalarının sayı 45 mini keçib
Ankara, 23 iyul, AZƏRTAC
Türkiyədə elektrikli nəqliyyat vasitələrinin artan populyarlığı şarj stansiyalarının sayının kəskin artmasına səbəb olub.
AZƏRTAC Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (EPDK) məlumatlarına istinadla xəbər verir ki, 2026-cı ilin iyun ayının sonunda ölkədə şarj stansiyalarının sayı 45 mini keçib ki, bu da əvvəlki aya nisbətən 3,9 faiz artım deməkdir.
İyun ayında Türkiyədə elektrikli nəqliyyat vasitələrinin şarj stansiyalarının ümumi elektrik enerjisi istehlakı 72.530 MVt/saat təşkil edib ki, bunun 59,42 faizi bərpaolunan enerji mənbələri tərəfindən istehsal edilən elektrik enerjisindən istifadə edən yaşıl şarj stansiyalarının payına düşüb.
Ən çox şarj stansiyası İstanbulda yerləşir (istehlak: 20.902 MVt/saat). Sonrakı yerlərdə Ankara (9.884 MVt/saat) və İzmir (4.624 MVt/saat) gəlir.
Qeyd etmək lazımdır ki, 2026-cı ilin iyun ayında Türkiyədə elektromobillərin sayı əvvəlki ayla müqayisədə 440.327 ədəd artaraq 450.038-ə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]