Türkiyədə koronavirus infeksiyasına gündəlik yoluxmada kəskin artım müşahidə olunur
Ankara, 25 avqust, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq gündəlik yoluxmada kəskin artım müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, avqustun 24-də ölkə üzrə 95 min 943 nəfər testdən keçirilib. Onlardan 1443 nəfər xəstə çıxıb. Bu göstərici əvvəlki günlə müqayisədə 226 nəfər çoxdur. Avqustun 24-də ölkə üzrə 743 nəfər sağalıb, 18 nəfər ölüb. Bu vaxtadək 259 min 692 nəfərdə infeksiya aşkar olunub, 6 min 139 nəfər ölüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]