Türkiyədə koronavirus testindən keçənlərin sayı 53 milyona yaxınlaşır
Ankara, 26 may, AZƏRTAC
Türkiyədə indiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 52 milyon 817 min 437 nəfər testdən keçirilib. Bu göstərici ölkə əhalisinin təxminən üçdə ikisini təşkil edir. Gündəlik test sayı iki yüz min civarında dəyişir.
AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 25-də 223 min 104 nəfər testdən keçirilib. Onlardan 9 min 375 nəfərdə COVID-19 virusu aşkarlanıb, 693 nəfər xəstəxanalara yerləşdirilib. Son sutkada 175 nəfər bu xəstəlikdən ölüb, 11 min 192 nəfər sağalıb.
Yeni növ koronavirusdan dünyasını dəyişənlərin sayı 46 min 621 nəfərə çatıb. Hazırda 1667 nəfər reanimasiyadadır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]