Türkiyədə koronavirusa qarşı tətbiq olunan vaksin dozalarının sayı 30 milyona yaxınlaşır
Ankara, 27 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində peyvəndləmə prosesi daha da sürətləndirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 26-na kimi ölkə üzrə 28 milyon 387 min 402 doza COVID-19 peyvəndi vurulub. Bunun 16 milyon 248 min 459 dozasını birinci, 12 milyon 138 min 943 dozasını isə ikinci peyvəndləmə təşkil edir. Qarşıdakı günlərdə tətbiq olunan vaksin dozalarının sayı 30 milyonu ötəcək.
Qeyd edək ki, hazırda Türkiyədə koronavirusa qarşı kütləvi peyvəndləmə əsasən Çindən alınan “Sinovac” vaksini ilə aparılır. Rəsmi mənbələrdən verilən məlumata görə iki doza vaksin alanların sayı 40 milyonu ötəndə ölkədə infeksiyanın yayılma riski minimum həddə düşəcək. Qarşıdakı ən mühüm hədəflərdən biri gündəlik yoluxmanı aşağı həddə salıb turizm mövsümündən səmərəli istifadə etmək dayanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]