Türkiyədə koronavirusa yoluxanların sayı 205 min nəfərə yaxınlaşır
Ankara, 3 iyul, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma riskini azaltmaq üçün sistemli tədbirlərə baxmayaraq gündəlik infeksiya aşkarlanması min nəfərdən yuxarıdır.
AZƏRTAC xəbər verir ki, iyulun 3-də Türkiyə üzrə 52 min 141 nəfər testdən keçirilib. Onlardan 1172 nəfəri xəstə çıxıb. Gün ərzində 19 nəfər ölüb, 1313 nəfər sağalıb. Beləliklə məlum infeksiyadan ölənlərin sayı 5 min 186 nəfərə çatıb. Ümumilikdə indiyədək ölkə üzrə 3 milyon 535 min 818 nəfər testdən keçirilib. Onlardan 203 min 456 nəfərdə infeksiya aşkar olunub. Hazırda 1082 nəfər reanimasiyada, 374 nəfər süni nəfəs aparatına qoşulmuş haldadır.
Qeyd edək ki, hazırda Türkiyədə gündəlik yoluxma sayına görə böyük şəhərlərdə, o cümlədən İstanbul, Ankara və İzmirdə göstəricilər yüksəkdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib
- 07.10.2026 [10:21]
Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib
- 07.10.2026 [09:36]
Kiyev raketlərlə vurulub, ölənlər var
- 07.10.2026 [09:06]
Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır
- 07.10.2026 [07:38]
Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]