Türkiyədə koronavirusdan bir gündə 119 nəfər dünyasını dəyişib
Ankara, 21 aprel, AZƏRTAC
Türkiyədə bir gündə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 119 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə virusdan ölənlərin ümumi sayı 2259 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, epidemiya ilə bağlı vəziyyətə dair son rəqəmlər barədə Türkiyə Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, aprelin 21-də ölkə üzrə 39 min 429 nəfər üzərində test aparılıb. Onlardan 4 min 611 nəfərdə infeksiya aşkarlanıb.
İndiyə qədər 14 min 918 nəfərin müalicəsi uğurlu olub. Aprelin 21-də 1488 nəfər sağalaraq evə buraxılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]