Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin sayı 2140 nəfərə çatıb
Ankara, 20 aprel, AZƏRTAC
Ölümcül yeni növ koronavirus (COVID-19) infeksiyasından Türkiyədə aprelin 20-də daha 123 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə virusdan ölənlərin ümumi sayı 2140 nəfərə çatıb. Bugünkü tələfat ötən günlə müqayisədə 4 nəfər azdır. Son günlər orta hesabla gündəlik yoxlanılanlar arasında yoluxma sayı eyni olur.
AZƏRTAC xəbər verir ki, epidemiya ilə bağlı vəziyyətə dair son rəqəmlər barədə Türkiyə Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, aprelin 20-də ölkə üzrə 39703 nəfər üzərində test aparılıb. Onlardan 4674 nəfərdə infeksiya aşkarlanıb.
İndiyədək testdən keçirilənlərin ümumi sayı 673980 nəfərə çatıb. Ümumilikdə 90 min 980 nəfər müalicəyə cəlb olunub. Hazırda 1909 nəfər reanimasiyada, 1033 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır.
İndiyə qədər 13430 nəfərin müalicəsi uğurlu olub. Aprelin 20-də 1454 nəfər sağalaraq evə buraxılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]