Türkiyədə koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb
Ankara, 3 aprel, AZƏRTAC
Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 69 nəfərin həyatına son qoyub. Bununla infeksiyadan dünyasını dəyişənlərin ümumi sayı 425 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb. Virusun yayılmasının qarşısının alınması üçün əhalinin verilən təlimatlara şərtsiz əməl etməli olduqlarını xatırladan nazir deyib ki, vəfat edənlər 51 vilayəti əhatə edən vətəndaşlardır. Bu gün 16 min 160 nəfər üzərində müayinə aparılıb. Onlardan 2 min 786 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə infeksiyadan müalicəyə qaldıranların sayı 20 min 921 nəfərə çatıb. Onlardan 1251 şəxsin vəziyyəti ağırdır. İndiyə qədər 484 nəfərin müalicəsi müsbət nəticə verib. Ölkə üzrə cəmi 141 min 716 nəfər infeksiya testindən keçirilib.
Türkiyədə infeksiya daşıyanların digərlərini yoluxdurma dinamikasının yüksək olduğunu diqqətə çatdıran nazir bu xəstəliyin müalicə üsullarındakı yeniliklər, infeksiyanın yayılmasının qarşısını almaq üçün tətbiq olunan qadağaların prosesə təsiri və s. məqamlar barədə ictimaiyyəti məlumatlandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [11:48]
Gürcüstanda 4,4 bal gücündə zəlzələ olub
- 23.06.2026 [11:15]
Fransada irqçi şüarların səsləndirilməsi ilə bağlı istintaq başlayıb
- 23.06.2026 [10:53]
Yaponiya valyutası dəyər itirir, treyderlər həyəcan təbili çalırlar
- 23.06.2026 [10:24]
Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini axmaqlıq adlandırıb
- 23.06.2026 [10:09]
Şimali Koreya lideri nüvə dövləti mövqeyindən istifadə edəcəyini açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir
- 22.06.2026 [23:51]
Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib
- 22.06.2026 [23:42]
Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb
- 22.06.2026 [23:08]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
- 22.06.2026 [23:01]