Türkiyədə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək
Bakı, 5 mart, AZƏRTAC
“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Türkiyənin Ankara və İstanbul şəhərlərində hər iki ölkənin mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər martın 6-da Ankara şəhərində TÜRKSOY-un iqamətgahında, Ankara Cümhurbaşkanlığı Simfonik Orkestrinin konsert salonunda və martın 7-də İstanbul şəhərində, Bəyazid, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda təşkil ediləcək.
Qeyd edək ki, tədbirlər Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
- 06.08.2026 [14:26]