Türkiyədə onlayn təhsilə üstünlük verənlərin sayı artır
Ankara, 11 avqust, AZƏRTAC
Türkiyədə onlayn təhsil alan insanların payı 2017-ci ildəki 6,5 faizdən bu il 22,9 faizə yüksəlib.
AZƏRTAC Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına istinadla xəbər verir ki, hazırda ölkədə 16-74 yaş arası sakinlərin 92,3 faizi internetdən istifadə edir. Son bir ildə internetdən istifadə 1,4 faiz artıb.
TÜİK-in məlumatına görə, koronavirus pandemiyasından bəri təhsil və peşə məqsədləri üçün internetdən istifadə edən vətəndaşların sayında artım tendensiyası davam edir.
Nəticədə Türkiyə vətəndaşlarının təxminən dörddəbiri müxtəlif kurslar da daxil olmaqla onlayn təhsil xidmətlərindən istifadə edir.
2026-cı ildə Türkiyədə rəqəmsal platformalar vasitəsilə təhsil alan insanların payı kişilər üçün 22,4 faiz, qadınlar üçün isə 23,5 faiz təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [15:21]
DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb
- 18.08.2026 [10:59]
Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb
- 18.08.2026 [10:44]
Bu il III qrupda neçə nəfər 500-600 arası bal toplayıb? – Rəqəmlər
- 18.08.2026 [10:24]
Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi göstərilir
- 18.08.2026 [10:14]