Türkiyədə PKK terrorçuları tərəfindən öldürülən yeniyetmənin həyatı ekranlaşdırılır
İstanbul, 4 yanvar, AZƏRTAC
2017-ci ildə Türkiyənin Trabzon vilayətinin Maçka rayonunda Türkiyə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında baş verən çatışma nəticəsində həyatını itirən 15 yaşlı Eren Bülbülün həyatı ekranlaşdırılır.
AZƏRTAC xəbər verir ki, “Kəsişmə: Yaxşı ki, varsan Eren” filminin çəkilişlərinin ilkin hazırlıqları artıq başlayıb. Trabzonun Maçka rayonunda çəkiləcək ekran əsərinin rejissoru Mustafa Usludur. Hazırda Türkiyənin Qaradəniz bölgəsində Eren Bülbül rolunu canlandıracaq gəncin seçimləri davam edir. Rejissor Trabzon və Samsundan olan baş rol ifaçılığına namizəd üç yeniyetmə ilə sınaqların davam etdiyini, yaxın günlərdə seçilən adın ictimaiyyətə bildiriləcəyini deyib.
Filmdə, eyni zamanda, çatışmada şəhid olan jandarma əməkdaşı Fərhad Gedikin də həyatı canlandırılacaq. Fərhad Gedik rolunu tanınmış aktyor Uğur Güneş canlandıracaq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:49]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [17:53]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:09]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [16:31]