Türkiyədə sel fəlakətində ölənlərin sayı səkkizə çatıb
Ankara, 24 avqust, AZƏRTAC
Türkiyənin Girəsun bölgəsində ağır faciə ilə nəticələnən selin yaratdığı dağıntının miqyası olduqca böyükdür.
AZƏRTAC xəbər verir ki, daha iki cəsədin tapılması ilə ölənlərin sayı səkkizə çatıb. İtkin düşənlərin axtarış-xilasetməsi, eləcə də bərpa işləri davam edir.
Qeyd edək ki, Girəsunda sel yolları yuyaraq dağıdıb. Selin dağlardan gətirdiyi böyük daşlar və ağac kötükləri məhəllələri, yolları basıb. Onlarca maşın yararsız hala düşüb, çox sayda nəqliyyat vasitəsini sel aparıb. Tikililərin birinci mərtəbəsi su altında qalıb. Təbii fəlakət səbəbindən 70 kənddə və 8 məhəllədə elektrik enerjisi kəsilmişdi. Hazırda elektriksiz qalan məntəqələrin təxminən yarısında bərpa işləri başa çatıb. Təbii fəlakət bölgəsində 988 nəfərlik heyət və 288 texnika çalışır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]