Türkiyədə son sutkada koronavirusdan 194 nəfər ölüb
Ankara, 5 yanvar, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən son sutka ərzində Türkiyədə 194 nəfər ölüb, 1477 nəfər xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, yanvarın 5-də Türkiyə üzrə 183 min 413 nəfər testdən keçirilib. Onlardan 14 min 494 nəfərində virus əlaməti aşkarlanıb.
İndiyədək ümumilikdə 25 milyon 315 min 565 nəfər testdən keçirilib. Onlardan 2 milyon 270 min 101 nəfərində infeksiya aşkarlanıb. Koronavirusdan ölənlərin sayı 21 min 879 nəfərə çatıb, 2 milyon 155 min 338 nəfər xəstəlikdən sağalıb. Hazırda 3410 şəxs reanimasiyadadır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]