Türkiyədə terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib
İstanbul, 27 noyabr, AZƏRTAC
Türkiyədə separatçı-terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından məlumat yayıb. Onun sözlərinə görə, altı vilayətdə eyni vaxtda keçirilən “Qəhrəmanlar 30” əməliyyatı nəticəsində terrorçulara aid 63 sığınacaq məhv edilib, böyük miqdarda silah-sursat ələ keçirilib.
Silahlı pilotsuz uçuş aparatları, “Atak” helikopteri və bir çox digər hərbi texnikanın istifadə edildiyi əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin çox sayda əməkdaşı iştirak edib.
Əməliyyatların Şırnak, Siirt, Kahramanmaraş, Diyarbakır, Muş və Tunceli vilayətlərində keçirildiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]