Türkiyədə terrorçuluq fəaliyyətində şübhəli bilinən 4000-dən çox xarici vətəndaş saxlanılıb
İstanbul, 20 aprel, АZƏRTAC
Türkiyə terrorla mübarizədə qətiyyətli mövqeyini davam etdirməkdədir. Dünyada bütün terrorçu təşkilatlara münasibət eyni olmalıdır.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirdiyi mətbuat konfransında deyib.
Bildirib ki, İŞİD terror təşkilatının İslam dininə heç bir qarışacağı yoxdur. İslam sülh dinidir. Türkiyə İŞİD ilə bu və ya digər formada əlaqəsi olan 4000-dən yuxarı xarici vətəndaşı şübhəli qismində saxlayıb. Onlardan bir hissəsi haqqında öz ölkələrin aidiyyəti qurumlarına məlumat verməklə Türkiyədən deportasiya olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [20:40]
Marko Rubio və Hakan Fidan arasında görüş olub
- 22.05.2026 [20:22]
Prezident Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir
- 22.05.2026 [16:08]
Aİ Hörmüz boğazının bağlanması səbəbindən İrana sanksiyaları genişləndirib
- 22.05.2026 [15:24]
İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb
- 22.05.2026 [15:12]