Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür
Bakı, 22 may, AZƏRTAC
BMT-nin 16-cı Dayanıqlı İnkişaf Məqsədi güclü institutların formalaşdırılmasına həsr olunub. ASAN modeli məhz bu məqsədə uyğun olaraq vətəndaşlara xidmət göstərən institutlar üçün “bir pəncərə” yanaşmasını təqdim edir. İnsanlara əsas hüquq və xidmətlərə çıxış imkanı yaradılır - şəxsiyyət vəsiqələrinin alınmasından tutmuş təqaüd və digər mühüm xidmətlərə qədər geniş imkanlar təqdim olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini Amina Mohammed söyləyib.
O bildirib ki, bu təcrübə mütləq paylaşılmalıdır: "Çünki, BMT-nin əsas missiyası həm də uğurlu təcrübələri və bilikləri paylaşmaq, onların digər ölkələrdə necə tətbiq oluna biləcəyini araşdırmaqdır. ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür. Bu model dövlət-vətəndaş münasibətlərində hesabatlılıq, şəffaflıq və etimadın möhkəmlənməsinə ciddi töhfə verir. Məni xüsusilə təsirləndirən məqamlardan biri çoxlu sayda gəncin prosesə cəlb olunması, texnologiyadan səmərəli istifadə edilməsi və xidmətlərin hər kəs üçün əlçatan olmasıdır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 22.05.2026 [19:21]
Gənclər Fondu qrant müsabiqəsi elan edir
- 22.05.2026 [18:46]