Türkiyədə toy şənliklərində iştirak edən 150 nəfər karantinə alınıb
İstanbul, 24 avqust, AZƏRTAC
Türkiyənin Bursa vilayətində toy şənliklərində iştirak edən 42 nəfərdə COVID-19 aşkarlanıb, 150 nəfər isə qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bursa Şəhər Səhiyyə İdarəsinin müdiri Ömər Kaşıkcı bildirib. O, virusun şəhərdə son iki həftə ərzində keçirilən üç toyda iştirak edən beş nəfərdən yayıldığını deyib.
Ö.Kaşıkcı xüsusilə yaşlı və xroniki xəstəlikləri olan şəxslərin əhalinin sıx toplaşdığı məkanlardan uzaq durmalarının, mümkün qədər evdən çıxmamalarının vacibliyini vurğulayıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]