Türkiyədə yaşayış yerlərinə yaxın ərazidə güclü yanğın olub
İstanbul, 22 avqust, AZƏRTAC
Türkiyənin İzmir vilayətinin Çeşme rayonunda yaşayış yerlərinə yaxın ərazidə güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, rayonun mərkəzi hissəsindəki fındıq bağlarında başlayan yanğın bölgədə əsən güclü küləyin təsirindən qısa zaman ərzində ətrafa yayılıb. Yanğından çıxan duman kilometrlərlə uzaqlıqdan görünür.
Hazırda yanğının havadan və qurudan söndürülməsi işləri davam etdirilir. Hadisə baş verən bölgəyə yanğınsöndürmə maşınları ilə yanaşı, helikopterlər də cəlb olunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]