TÜRKİYƏDƏ ZƏLZƏLƏ
İyulun 6-da yerli vaxtla saat 22 radələrində episentri Egey dənizinin Saros körfəzində olan 5,3 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ Türkiyənin Çanaqqala, Balıkəsir, İzmir, İstanbul vilayətlərində və Yunanıstanın Dədəağac bölgəsində də hiss edilmişdir. Dağıntılar və təlafat barədə məlumat verilmir.