Türkiyədəki zəlzələ nəticəsində bir nəfər ölüb, 18 yaralı var
Ankara, 14 iyun, AZƏRTAC
Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda iyunun 14-də baş verən məlum zəlzələ nəticəsində 14 ev dağılıb, bir nəfər ölüb, 18 yaralı var.
AZƏRTAC xəbər verir ki, vitse-prezident Fuat Oktay, Daxili İşlər naziri Süleyman Soylu və Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum təbii fəlakət bölgəsinə gəliblər. Vəziyyətlə bağlı məlumat verən F.Oktay bildirib ki, yaralıların səhhəti normaldır. Zəlzələnin nəticələrini öyrənmək və fəsadları aradan qaldırmaq üçün tədbirlər görülür.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bölgəyə 13 maşın, 500 çadır və 59 nəfərlik heyət göndərib.
Qeyd edək ki, iyunun 14-də yerli vaxtla saat 17:24-də baş verən 5,7 bal gücündə zəlzələ Elazığ, Muş, Ərzurum və Diyarbəkir bölgələrində də hiss olunub. Xəsarət alan evlərə girməmək tövsiyə olunur. Zəlzələnin episentri Anadolu bölgəsinin şimal seysmoloji zolağına düşür. Hazırda 4.7 baldan aşağı gücdə yeraltı təkanlar davam edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]