TÜRKİYƏDƏN KƏNARDA 3,5 MİLYONDAN ÇOX TÜRK YAŞAYIR
AZƏRTAC-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, Türkiyənin rəsmi statistik məlumatlarına əsasən, hazırda xarici ölkələrdə 3 milyon 519 min 804 türk vətəndaşı yaşayır. Ən çox türk vətəndaşının yaşadığı ölkə isə Almaniyadır. Buradakı türklərin sayı 1,924, 154 nəfərdir. Hollandiyada 330, Fransada 341, ABŞ-da 220, Avstraliyada 130, Səudiyyə Ərəbistanında 100, İngiltərədə 90, Rusiyada 18 mindən artıq Türkiyə vətəndaşı vardır. Ölkədəki statistik rəqəmlərə görə, Azərbaycanda 4 min 500 türk vətəndaşı qeydə alınmışdır. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının ümumi sayı isə Estoniya, Litva, Makedoniya, Sloveniya, Ermənistan və başqa ölkələrin əhalisindən daha çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]