Türkiyədən olan nazir müavini: İtkin düşmüş şəxslər problemi ümumbəşəri məsələdir
Bakı, 9 oktyabr, AZƏRTAC
Qardaş Azərbaycanla ortaq və dərin tariximizə əsaslanan mədəni, iqtisadi və siyasi əməkdaşlığımızı daha da gücləndirərək regional sabitlik və sülh üçün çalışmalarımızı davam etdiririk.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 9-da Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zəfər Tarıkdaroğlu deyib.
O bildirib ki, bu dostluq iki xalqın qardaşlığını möhkəmləndirməklə yanaşı, gələcək nəsillərə də gözəl bir örnək olur. “Bu gün burada müzakirə etdiyimiz itkin düşmüş şəxslər problemi yalnız müəyyən bir bölgənin və ya cəmiyyətin deyil, bütün insanlığın ortaq vicdanına aid olan ümumbəşəri bir məsələdir. Türkiyə olaraq, biz itkin şəxslərin taleyinin aydınlaşdırılmasını yalnız bir dövlət vəzifəsi deyil, həm də insani məsuliyyət kimi görürük. Bu gün Azərbaycanda bu mövzunu müzakirə etməyimiz böyük bir mənaya malikdir. Azərbaycanda da yaxın tarixdə oxşar acıları yaşamış itkin yaxınlarının sükut içindəki gözləntisi bu coğrafiyanın qəlbində dərin izlər buraxıb. Türkiyə ilə Azərbaycanın həmrəyliyi yalnız iki ölkə arasında deyil, iki qardaş xalqın ortaq vicdanında kök salmış güclü bir bağdır”, - deyə Zəfər Tarıkdaroğlu əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]