Türkiyəli Çelik Fadimə “Bakı Marafonu 2018”in qadın kateqoriyası üzrə qalibi olub
Bakı, 13 may, AZƏRTAC
“Bakı Marafonu 2018”in qadın kateqoriyası üzrə qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, türkiyəli Çelik Fadimə finişə birinci çatıb. İkinci yerin sahibi ukraynalı Valentina Poltavskadır. Rusiyadan olan Anastasiya Petrova isə finişə üçüncü çatıb.
Qeyd edək ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.