TÜRKİYƏLİ GƏNCLƏR AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİNİ ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Türkiyənin “Qaradük gənclər mərkəzi”nin nümayəndələri sentyabrın 14-də Azərbaycanda Atatürk Mərkəzinin qonağı olmuşlar. Mərkəzin direktor müavini Osman Musayev türkiyəli gənclərə bu qurumun fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, mərkəz 2001-ci il martın 9-da Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün irsinin öyrənilməsi və təbliği məqsədi ilə yaradılmışdır. AMEA-nın müxbir üzvü, türkoloq alim Nizami Cəfərovun rəhbərlik etdiyi bu mərkəzdə Azərbaycan və Türkiyə arasında tarixi dostluq əlaqələrinə, elmi və bədii sahələrdə birgə əməkdaşlığa həsr olunmuş tədbirlərin keçirilməsi ənənə halı almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]