Türkiyəli güləşçi Aleksandr Karelinin rekordunu yeniləyə bilər
Bakı, 21 aprel, AZƏRTAC
Türkiyənin yunan-Roma güləşçisi Rza Kayaalp karyerasında 13-cü Avropa çempionluğu üçün final görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, 130 kiloqram çəkidə çıxış edən təcrübəli güləşçi Albaniyanın paytaxtı Tiranada keçirilən turnirin həlledici qarşılaşmasında macarıstanlı Darius Attila Viteklə üz-üzə gələcək. 36 yaşlı idmançı rəqibini məğlub edəcəyi halda rusiyalı Aleksandr Karelinin rekordunu (12) yeniləyəcək və Avropanın ən titullu yunan-Roma güləşçisi ünvanını ələ keçirəcək.
Qeyd edək ki, Rza Kayaalp Avropa çempionatının yarımfinalında belaruslu Pavel Qlinçukla qarşılaşıb. Türkiyəli idmançı 4:0 hesabı ilə öndə olarkən rəqibi onun sifətinə zərbə endirib. Bu səbəbdən Qlinçuk hakimlərin qərarı ilə diskvalifikasiya olunaraq texniki məğlubiyyət alıb.
Rza Kayaalp Avropa çempionatları tarixində 15-ci dəfə finalda mübarizə aparacaq. Təcrübəli idmançı indiyədək qitə birinciliklərində 12 qızıl və 2 gümüş medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]