TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN MOSKVAYA SƏFƏRİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 10-da Rusiya Prezidenti Vladimir Putin ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərlə bağlı məsələlərə toxunulmuş, beynəlxalq vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılmışdır. Rusiya dövlətinin başçısı bu yaxınlarda Türkiyəyə səfərinin nəticələrindən razı qaldığını nəzərə çarpdıraraq, Rəcəb Tayyib Ərdoğanın onun ölkəsinə səfərinin dolğun və səmərəli olacağına ümid etdiyini bildirmişdir.
Türkiyənin Baş naziri demişdir ki, onun Rusiya Prezidentinin Ankaraya səfərindən ötən qısa müddətdə həyata keçirilən bu səfəri Türkiyə ilə Rusiya arasında səmimi münasibətlərin göstəricisidir. O, Türkiyə Prezidenti Əhməd Necdət Sezərin Prezident Vladimir Putini İstanbula səfərə dəvət etməsini bir daha təsdiqləmişdir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın yanvarın 12-dək davam edəcək səfəri çərçivəsində onun Rusiyanın işgüzar dairələri ilə görüşü, habelə Moskvada Türkiyə Ticarət Mərkəzinin açılışında iştirakı, eləcə də Prezident Vladimir Putinin türk biznesmenləri ilə görüşü nəzərdə tutulmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]