TÜRKİYƏNİN BAŞ NAZİRİ VAŞİNQTONA GƏLMİŞDİR
Ticarət əlaqələrinin genişləndirilməsi və Türkiyəyə ABŞ sərmayə axını artırılması - Türkiyənin baş naziri BülənD Ecevitin Birləşmiş Ştatlara çərşənbə axşamı günü başlayan səfərinin əsas məqsədi bunlardır. Türkiyənin iş adamları, mütəxəssislər və hökumət nümayəndələrindən ibarət geniş qrupla yanvarın 14-də axşam Vaşinqtona gələn cənab Ecevitin beş günlük səfəri zamanı ABŞ paytaxtında prezident Corc Buşla, habelə bir sıra yüksək vəzifəli şəxslərlə görüşləri nəzərdə tutulur.
Diplomatik mənbələrin məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları Türkiyə baş nazirinin aparacağı danışıqların mövzularından biri olacaqdır.
Yanvarın 18-də Bülənd Ecevit Nyu-Yorka gedərək, 11 sentiyabrı aksiyasının baş verdiyi yeri ziyarət edəcəkdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:08]
Böyük Britaniya hökuməti müdafiə sahəsinə investisiyaları ixtisar edə bilər
- 04.06.2026 [16:05]
Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil
- 04.06.2026 [15:49]
Fransa Rusiyanın informasiya məkanında ikinci əsas hədəfidir
- 04.06.2026 [15:42]
“Çanmi” fırtınası UNESCO siyahısındakı abidəyə ziyan vurub
- 04.06.2026 [15:08]