Türkiyənin “Cumhuriyet” qəzeti barəsində istintaq başladılıb
İstanbul, 16 aprel, AZƏRTAC
İstanbul Baş Prokurorluğu tərəfindən Türkiyənin “Cumhuriyet” qəzeti barəsində istintaq başladılıb.
AZƏRTAC xəbər verir ki, prokurorluğun bu barədə yaydığı açıqlamada qəzetin 14 aprel tarixli buraxılışında “Boğazda bir sızma var” başlığı ilə dərc olunan yazıda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbərinə aid adres və şəkillərin açıq yayımlandığı bildirilir.
Qeyd edilir ki, bu məlumatların digər media orqanları vasitəsilə sosial mediada yayıldığı müəyyən edilib. Dövlət məmurunun yaşayış yeri barədə məlumatların yayımlanması, özünün və ailəsinin təhlükəsizliyinə xələl yetirilməsi səbəbindən prokurorluq tərəfindən istintaq başladılıb. Araşdırma Türkiyənin Anadolu Baş Prokurorluğu tərəfindən davam etdiriləcək.
Qeyd edək ki, “Cumhuriyet” qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]