Türkiyənin ilk robot aktrisası ictimaiyyətə təqdim edilib
İstanbul, 2 iyun, AZƏRTAC
Türkiyənin ilk robot aktrisası Aypera “Contemporary Istanbul” sənət mərkəzində nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, layihəsi “MinT Dizayn Mərkəzi” tərəfindən hazırlanan Ayperanın iştirakı ilə “Digital Human” filmini çəkəcəyini bildirən rejissor və ssenarist Birol Güven robot aktrisanın filmlərdə və reklamlarda çəkiləcəyini, mahnı söyləyəcəyini bildirib. Rejissor layihənin hazırlanmasında əsas məqsədin onu dünyada tanıdaraq, eləcə də ixracatını həyata keçirmək olduğunu deyib.
Robotun hazırlanmasında 15 mütəxəssis iştirak edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]