Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb
İstanbul, 25 mart, AZƏRTAC
Türkiyənin ilk yerli zirehli SUV avtomobili “TULGA 4x4”ün təhvil verilməsi işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin “BMC” şirkəti tərəfindən müvafiq layihə çərçivəsində hazırlanan “TULGA 4x4” yoxlama fəaliyyətlərini və taktiki qabiliyyət sınaqlarını uğurla başa çatdırıb.
Daxili təhlükəsizlik qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan “TULGA 4x4” zirehli konstruksiyası, ballistik qoruma səviyyəsi və texnoloji avadanlıqları ilə təhlükəsizlik, davamlılıq və komfort xüsusiyyətlərə malikdir.
Təxminən 8 ton ağırlığa malik, 5 nəfərlik daşıma qabiliyyəti ilə xidmət göstərəcək avtomobil müstəqil ikiqatqollu ön və arxa asqı sistemi, eləcə də disk əyləc avadanlığı sayəsində həm çətin relyef şəraitində, həm də şəhər daxilində yüksək manevr qabiliyyəti təmin edir.
Dörd silindrli dizel mühərriki ilə işləyən, 250 at gücü təmin edən avtomobil saatda maksimum 130 kilometr sürətə çata bilir.
Avtomobildə xüsusi dizayn edilmiş altlıq qoruması ballistik təhdidlərə qarşı yüksək dayanıqlıq təmin edir. Çətin ərazi və şəhər şəraitində fəaliyyət göstərə biləcək şəkildə hazırlanmış avtomobil müxtəlif əməliyyat ehtiyaclarına uyğun hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]