TÜRKİYƏNİN KƏND TƏSƏRRÜFATI MÜTƏXƏSSİSLƏRİ NAXÇIVANDA HƏMKARLARI İLƏ GÖRÜŞMÜŞLƏR
Naxçıvan Müəllimlər İnstitutunda “Ekoloji cəhətdən təmiz qida məhsulları yetişdirilməsi” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə qeyd edilmişdir ki, türkiyəli mütəxəssislərin Naxçıvana bu səfəri Muxtar Respublikada kənd təsərrüfatı sistemi, onun idarə olunması, torpaq xüsusiyyətləri ilə tanışlıq məqsədi daşıyır.
Müşavirədə türkiyəli mütəxəssislər ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları yetişdirməklə bağlı məruzələr etmişlər.
Müşavirədə qeyd edilmişdir ki, SSRİ dövründə mineral gübrələrin və zəhərli maddələrin torpağa normadan çox verilməsi nəticəsində əkin sahələri çirklənmişdir. Bu proses yeraltı sulara da öz mənfi təsirini göstərmişdir. Lakin Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bu sahədə qayda yaradılmış, Naxçıvan ərazisində torpaq və suyun təmizlənməsi prosesi başlanmışdır.
Türkiyəli mütəxəssislər müşavirə iştirakçılarına məsləhətlər vermiş, onların suallarını cavablandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]