Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏNİN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ

AZƏRTAC xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 83 illiyi münasibətilə dost və qardaş ölkənin Azərbaycandakı səfiri Turan Moralı oktyabrın 30-da “Gülüstan” sarayında rəsmi qəbul təşkil etmişdir. Bayramsayağı bəzədilmiş sarayda əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Səfir Turan Moralı bayram mərasiminə toplaşanları salamlayaraq dedi ki, bu gün həm də Atatürkün anadan olmasının 125-ci ildönümüdür. Diplomat vurğuladı ki, Cümhuriyyət günü dünyanın heç bir yerində belə əzəmətli qeyd olunmur. Bu, təsadüfi deyildir. Azərbaycan və Türkiyə iki dövlət bir millətdir. Türkiyə və Azərbaycan dövlətlərinin beynəlxalq aləmdə layiqli mövqe tutması çox çətin mübarizə nəticəsində baş vermişdir.

Sonra səfir Azərbaycanın və Türkiyənin XX əsrin əvvəllərindəki tarixinə qısa ekskurs etdi, Birinci və İkinci dünya müharibələrini, soyuq müharibə dövrünü xatırlatdı, həmin dövrlərdə Türkiyə-Azərbaycan münasibətlərinin Şərqlə Qərbin ideoloji və strateji mübarizəsinin qurbanı olduğunu yada saldı.

Səfir son zamanlar Azərbaycan ilə Türkiyə arasında sarsılmaz birliyin yaranıb formalaşmasını, bu işdə ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu vurğuladı. Diplomat Azərbaycanı demokratik, dinamik inkişaf etməkdə olan bir ölkəyə çevirməkdə, Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsində əvəzsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiramını bildirdi. T.Moralı dedi ki, bu gün Türkiyə və Azərbaycan respublikaları bütün maneələrə və siyasi oyunlara qalib gələrək sıx birliyə nail olmuşlar, ölkələrimiz iqtisadi cəhətdən inkişaf edərək gələcəyə inamla addımlayırlar. Möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilir. Qardaş Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsində Türkiyə iş adamları da səylərini əsirgəmirlər.

Beynəlxalq aləmdə baş verən mürəkkəb proseslərə toxunan səfir qeyd etdi ki, belə bir şəraitdə bəsirətli və ləyaqətli siyasət yeritmək zəruridir. Türkiyə və Azərbaycan qərb demokratiyasına inteqrasiya etməyi, bu demokratiyanın dəyərlərinə yiyələnməyi qarşısına məqsəd qoymuşlar. Təəssüf ki, Ermənistan dövləti və erməni diasporunun yanlış siyasəti bu nəcib məqsədi reallaşdırmağa mane olur.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, bu münaqişəyə qərbin ikili münasibətinə, qondarma “erməni soyqırımı”na, bəzi ölkələrin parlamentlərinin bu “soyqırımı”nı tanımasına, Türkiyənin öz arxivlərini tarixçilərin üzünə açmağa hazır olduğuna da toxunmuşdur. Diplomat inamla vurğulamışdır ki, bu oyunlar çox davam edə bilməz. Həm Türkiyə, həm də Azərbaycan onların qarşısında möhkəm dayanacaqlar. Bu, gələcək nəsillər qarşısında borcumuzdur.

Öz diplomatik missiyasını başa çatdıraraq ölkəmizdən ayrılacağını bildirən səfir, respublikamızda ona göstərilən qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkürünü yetirdi.

Sonra mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov çıxış etdi. O, əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün türk xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etdi, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırdı. Natiq sözünə davam edərək dedi ki, Türkiyə Cümhuriyyəti böyük Mustafa Kamal Atatürkün ölməz əsəridir. Ötən 83 il ərzində türk cümhuriyyətinin parlaq inkişaf yolu keçməsi türk xalqının nəyə qadir olduğunu bir daha sübut etmişdir. Türk xalqı dünya birliyində öz layiqli və dəyərli yerini tutmuşdur. Azərbaycan- Türkiyə əlaqələri qədim və zəngin tarixə malikdir. Biz dili bir, dini bir, kökü bir olan xalqlarıq.

Parlamentin sədri ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq demişdir ki, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra onun müstəqlliyini ilk tanıyan Türkiyə dövləti olmuşdur və bu, Azərbaycan xalqının yadından heç vaxt çıxmayacaqdır. Müstəqillik dövründə Azərbaycan-Türkiyə münasibətləri çox sürətlə inkişaf edərək hazırda strateji tərafdaşlıq səviyyəsinə gəlib çatmışdır. Azərbaycan və Türkiyə dövlət başçılarının ikitərəfli əlaqələrə verdikləri böyük əhəmiyyət öz əksini bu illər ərzində dövlətlərimiz arasında imzalanmış yüzlərlə siyasi və hüquqi sənəddə tapmışdır. Bu hüquqi bazanın əsasında Azərbaycan iş adamları Türkiyədə, türk iş adamları Azərbaycanda çalışırlar. Natiq bu illər ərzində türk iş adamlarının Azərbaycan iqtisadiyyatına 2 milyard ABŞ dolları məbləğində sərmayə yatırdığını xatırladaraq bildirdi ki, Azərbaycan və Türkiyənin səyləri nəticəsində regionda, eləcə də dünyada çox mühüm layihələr həyata keçirilmiş və keçirilməkdədir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri artıq işə düşmüşdür. İlin axırına kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəcəkdir. İrəlidə bizi iri layihələr gözləyir.

Parlamentin sədri xüsusi vurğuladı ki, beynəlxalq məsələlərdə Azərbaycan və Türkiyə öz xarici siyasətlərini uzlaşdırırlar, beynəlxalq məsələlərdə ölkələrimizin mövqeləri həmişə üst-üstə düşür. Natiq Fransa parlamentinin alt palatasının məlum qərarına Azərbaycan Milli Məclisinin münasibətini də xatırlatdı.

Oqtay Əsədov parlamentlərarası əlaqələrdən də danışdı. Dedi ki, həm Azərbaycan Milli Məclisində, həm də Türkiyə Böyük Millət Məclisində dostluq qrupları uğurla fəaliyyət göstərir.

Mərasimdə Prezidentin İcra Aparatının nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, dövlət komitələrinin sədrləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, xarici ölkələrin Bakıdakı səfirləri, elm, ədəbiyyat, incəsənət xadimləri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb