Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
Ankara, 17 noyabr, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin Müdafiə Nazirliyi sosial şəbəkələrdəki paylaşımında Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işığında Türkiyə və Azərbaycanın birliyinin sarsılmazlığını vurğulayıb.
Nazirlik qeyd edib ki, milli dirçəliş ruhu ilə dolu olan qardaş Azərbaycan vətəndaşları 36 il əvvəl müstəqillik ideyası ətrafında birləşərək eyni düşüncə və hisslərlə Qarabağın erməni işğalından azad edilməsinə nail olublar.
Paylaşımda vurğulanıb ki, Türkiyə ilə Azərbaycan həmişə birlikdə olub və bundan sonra da belə olacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]