Türkiyənin müdafiə sənayesi uğurla inkişaf edir
İstanbul, 23 avqust, AZƏRTAC
Türkiyənin müdafiə sənayesi uğurla inkişaf edir. Son zamanlar ölkə daxilində və xaricində əldə etdiyimiz bir çox uğurlarda müdafiə sənayemizin də rolu var. Müdafiə sahəsində güclü və müstəqil ola bilməyən dövlətlərin gələcəyə inamla baxmaları mümkün deyil. Bu sahədə durğunluq yarana bilməz. Daha inkişaf etmiş modellər istehsal etmək məcburiyyətindəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Tuzla rayonunda yerləşən “Desan” gəmiqayırma zavodunda keçirilən Yeni dəniz sistemlərinin təslimi mərasimində çıxışı zamanı deyib.
Hədəfin hər bir mühüm sahədə idxaldan asılı olmayan istehsal şəraiti qurmaq olduğunu deyən Prezident Ərdoğan Türkiyənin müdafiə sənayesinin dinamikliyinin ən vacib göstəricisi olaraq bu sahə üzrə şirkətlərin sayının 56-dan 1500-ə çatdığını vurğulayıb. Qeyd edilib ki, hazırda daha böyük layihələr üzərində işlər aparılır və növbəti beş il ərzində beş böyük layihənin reallaşdırılması nəzərdə tutulur.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada özünəməxsus hərbi gəmilər dizayn və istehsal edən 10 ölkədən biri olduğunu xatırladıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]
Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb
- 07.08.2026 [15:24]