Türkiyənin Prezident Administrasiyasında növbədənkənar prezident və parlament seçkiləri məsələsi müzakirə olunur
İstanbul, 18 aprel, AZƏRTAC
Ankarada Prezident Administrasiyasında Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında görüş başlanıb.
AZƏRTAC xəbər verir ki, görüşün əsas mövzusunu MHP sədrinin növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı təklifi təşkil edir.
Qeyd edək ki, AKP ilə MHP arasında seçkilərdə əməkdaşlığa dair seçki ittifaqı yaradılmasına dair razılıq mövcuddur. MHP sədri Dövlət Baxçalı aprelin 17-də partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında qarşıdakı prezident və parlament seçkilərinin 2018-ci il 26 avqust tarixinə keçirilməsi barədə çağırış edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]