Türkiyənin TB3 PUA-sı ilk uçuş üçün hazırlıq testini uğurla tamamlayıb
İstanbul, 20 oktyabr, AZƏRTAC
Türkiyənin qatlana bilən qanad konstruksiyasına malik TB3 silahlı pilotsuz uçuş aparatı (PUA) ilk uçuş üçün hazırlıq testini uğurla tamamlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar X sosial şəbəkə hesabında məlumat yayıb.
Yaxın zamanda ilk uçuşunu edəcək TB3 Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanıb.
TB3 PUA-sı “TCG Anadolu” hərbi amfibiya gəmisi kimi qısa uçuş-enmə zolağına malik dəniz vasitələrində qalxıb-enmə qabiliyyətinə malik dünyanın ilk silahlı pilotsuz uçuş aparatı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]